Ölkəmizi FİDE Qran-prisinin III mərhələsində təmsil edən sumqayıtlı şahmatçı növbəti oyununa çıxacaq. Sumqayıt24 bu haqda bu gün, 23 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər verir.
Bu gün, Şəhriyar Məmmədyarov 2-ci turda rusiyalı Daniil Dubovla qarşılaşacaq. Təmsilçimiz bu oyunda qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Almaniyanın paytaxtı Berlində təşkil olunan turnirə aprelin 4-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 150.000 avrodur.