Sumqayıtlı qrossmeyster FIDE Qran-prisində qrupdakı əsas rəqibi ilə qarşılaşacaq. Bu barədə bu gün, 2 mart tarixində turnirin rəsmi saytına istinadən xəbər veririk.
Yarış Serbiyanın paytaxtı Belqradda təşkil olunub. Belə ki, D qrupunda mübarizə aparan Şəhriyar Məmmədyarovun növbəti rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.
Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Ümumi mükafat fondu 150 min avro olan turnirdə, yalnız qrup qalibləri yarımfinala yüksələcəklər.