Şəhriyar Məmmədyarov təlim-məşq toplanışında iştirak edib. Bu haqda bu gün, 8 iyul tarixində Şahmat Federasiyasına istinadən xəbər veririk.
10 gün davam edən təlim Qubada təşkil edilib. Məşqlərə qrosmeysterimiz və milli komandanın digər üzvləri qatılıblar.
Praktiki məşqlərlə yanaşı millinin üzvləri həm də fiziki hazırlıqla məşğul olublar.