Sumqayıtlı qrosmeyster dünya reytinqində iki pillə irəliləyib. Sumqayıt24 bu haqda 1 iyun tarixində xəbər verir.
Şahmatçı Şəhriyar Məmmədyarov (2734 xal) 16-cı yerə yüksəlib. O, FIDE-nin iyunun 1-nə olan reytinqində ən yaxşı əmsala malik azərbaycanlı qrosmeysterdir.
Gənc xanım şahmatçımız Gövhər Beydullayeva isə (2417 xal) 39-cu pillədə qərarlaşıb.