“Sumqayıt”ın çalışdırıcısı Samir Abasov akademiyanın məşqçi heyəti ilə görüşüb. Sumqayıt24 bu haqda 5 iyun tarixində xəbər verir.
Görüş “Kapital Bank Arena”nın iclas zalında baş tutub. Mütəxəssislər gənc futbolçuların peşəkar futbola keçid mərhələsi, akademiyadan gözləntilər və bir sıra digər mövzular ətrafında müzakirələr aparıblar.
Sonda Samir Abasov məşqçilərin suallarını cavablandırıb.