Saray qəsəbəsində iri tonnajlı avtomobildə yanğın baş verib. Sumqayıt24 bu haqda 26 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə bu gün gecə saatlarında qeydə alınıb. “ГАЗ” markalı yük maşınının kabinəsi və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissələri mühafizə olunub. FHN-in bölmələri tərəfindən alovun qarşısı alınıb.