AFFA İntizam Komitəsi “Sumqayıt” futbol klubunu cəzalandırıb. Bu haqda 26 aprel tarixində Sumqayıt24 xəbər verir.
Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Sumqayıt” oyununda “Kimyaçılar” klubunun 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən qurum “Gənclik şəhəri” təmsilçisini 700 manat cərimələyib.