“Sumqayıt” qış fasiləsinə avrokuboklar zonasında yollanıb. Sumqayıt24 bu haqda 25 dekabr tarixində xəbər verir.
Premyer Liqanın 18-ci turunda klubumuz “Səbail”i qəbul edib. “Kapital Bank Arena”da baş tutan matçda “Sumqayıt” minimal hesablı qələbə çalıb. Xallarının sayını 27-yə çatdıran komanda tətilə 4-cü pillədə çıxıb.
Qeyd edək ki, ən yaxın izləyicimiz “Səbail”dir (26 xal). “Neftçi” isə klubumuzdan 1 xal öndədir.