“Sumqayıt” basketbol klubu hücumçu ilə müqavilə imzalayıb. Bu haqda 26 yanvar tarixində Sumqayıt24 Azərtac-a istinadən məlumat verir.
Klub “Neftçi”dən ayrılan Kamran İmanovu transfer edib. İki metr boya malik oyunçu cari mövsümdə “ağ-qaralar”ın heyətində 2 görüşdə meydanda olub.