“Sumqayıt” klubu braziliyalı hücumçu ilə maraqlanır. Sumqayıt24 bu haqda 29 iyun tarixində Bizim.media-ya istinadən xəbər verir.
Söhbət Albaniyanın “Erzeni” klubunda oynayan Patrik Nonatodan gedir. Samir Abasovun komandası hazırda hücumçu ilə danışıqlar aparır.
Qeyd edək ki, Patrik Nonato karyerasının böyük hissəsini vətənində keçirib. 26 yaşlı forvard ötən mövsüm “Fluminense”dən “Erzeni”yə keçib.