Sumqayıtda idman tədbiri keçiriləcək. Bu haqda 5 sentyabr tarixində Sumqayıt24 məlumat verir.
Qol güləşi və kikboksinq idman növləri üzrə nümunəvi çıxışlar sentyabrın 8-i saat 18:00-da təqdim olunacaq. Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan tədbir Sumqayıt bulvarında keçiriləcək.