Qadınlar və kişilər arasında cüdo üzrə U-23 Azərbaycan çempionatı keçiriləcək. Bu haqda 8 iyul tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
FHN-in İdman Sağlamlıq Mərkəzində keçiriləcək çempionatda 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 259 idmançı medallar uğrunda mübarizə aparacaq.
Gənclər və İdman Nazirliyi və Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışları izləmək üçün arenaya giriş sərbəstdir.