İtaliyanın Linyano şəhərində cüdo üzrə Avropa Kuboku keçirilib. Sumqayıt24 bu haqda 22 aprel tarixində Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Milli yığma komandanın üzvü, Sumqayıt idmançısı Süleyman Şükürov (81 kq) finalda uduzaraq gümüş medal qazanıb. İdmançının məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Fərid Ağakişiyevdir.