“Sumqayıt” futbol klubuna qeyri-rəsmi olaraq qoyulan qadağa ləğv olunub. Sumqayıt24 bu haqda bu gün, 4 iyun tarixində klubun rəsmi səhifəsinə istinadən xəbər verir.
Müşahidə Şurasının iclasında qəbul olunan qərarla, növbəti mövsümdən etibarən “Sumqayıt” klubunda əcnəbi futbolçuların çıxışına razılıq verilib.
İclasda həmçinin akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib.