Kamran Əliyev “Sumqayıt”la razılaşmır. Sumqayıt24 bu haqda 17 iyun tarixində Sport24.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, baş məşqçi Samir Abasov klub rəhbərliyindən futbolçunun yola salınmasını istəyib. Ancaq “Sumqayıt”la daha bir il müqaviləsi olan yarımmüdafiəçi təzminatın məbləğindən narazıdır. Kamran müqaviləyə xitam verilməsi üçün daha çox pul istəyir.
Məlumata əsasən, klubun idman direktoru Faiq Hacı-Məhərrəmov sabah Əliyevlə yenidən mövzunu müzakirə edəcək.