“Sumqayıt” futbol klubunun iki oyunçusu cəzalandırılıb. Sumqayıt24 bu haqda Lent.az-a istinadən xəbər verir.
Belə ki, Premyer liqanın 21-ci turu çərçivəsində “Sabah”-la keçirilmiş oyunda “kimyaçılar”ın heyətində Rəhim Sadıxov və Murad Xaçayev sarı vərəqə alıblar. Onların hər ikisi sarı vərəqə sayını 4-ə çatdırıb və bu səbəbdən “Qarabağ”-la görüşü kənardan izləməli olacaq.
Xatırladaq ki, klubumuzun hücumçusu da həmin oyunda ağır zədə alıb.