“Sumqayıt” futbol klubunun növbəti rəqibi “Zirə” olacaq. Sumqayıt24 bu haqda Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir.
Oyun Premyer liqanın 18-ci turu çərçivəsində baş tutacaq. Komandalar 5 mart saat 17:00-da, Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər.
Qeyd edək ki, hazırda “Sumqayıt” 7-ci, “Zirə” isə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.