“Sumqayıt” futbol klubu son dəqiqədə qələbəni əldən qaçırıb. Bu haqda Sumqayıt24 xəbər verir.
Premyer Liqanın 27-ci turunda təmsilçimiz “Sabah”ın qonağı olub. “Bank Respublika Arena”da baş tutan oyunda meydan sahibləri Amin Seydiyevin (53’) qırmızı vərəqə almasından sonra azlıqda qalıb.
Bir müddət sonra “Sumqayıt”ın oyunçusu Vurğun Hüseynov (65’) hesabı açıb, Rəhim Sadıxov (83’) isə rəqibin qapısından ikinci topu keçirib. Lakin “Sabah”, Sebalyos (90+5’ penalti) və Aleksey Kaşukun (90+6’) vurduğu qollarla son anda məğlubiyyətdən qaça bilib.
Qeyd edək ki, bu oyundan sonra “Sumqayıt” sonuncu pillədə olmayacağını rəsmiləşdirib.