“Sumqayıt” futbol klubu daha bir gənc oyunçunu transfer edib. Sumqayıt24 bu haqda Sportinfo.az-a istinadən xəbər verir.
Məlumata əsasən, “kimyaçılar” öz heyətinə 18 yaşı hələ tamam olmayan yarımmüdafiəçi Ayxan Süleymanlını qatıblar. Futbolçu ilə 3 illik müqavilə bağlanılması planlaşdırılır.
Ayxan bundan əvvəl “Qarabağ” və “Zirə” komandalarında çıxış edib.