“Sumqayıt” futbol klubu qış fasiləsindən sonra çempionatdakı ilk oyununa çıxacaq. Sumqayıt24 bu haqda Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Klubumuz Premyer liqanın 15-ci turunda “Səbail”in qonağı olacaq. Oyun 8 fevral, saat 19:15-də “ASCO Arena” stadionunda başlayacaq. Qeyd edək ki, hazırda “Sumqayıt” turnir cədvəlinin 7-ci, rəqib komanda isə 8-ci pilləsindədir.