“Sumqayıt” klubunun zədəli futbolçusu Əli Qurbaninin vəziyyəti haqda yeni xəbər var. Bu haqda Sportinfo.az-a istinadən yazırıq.
Məlumata görə, Antalya toplanışında ciddi zədələnən hüçumçumuzun vəziyyəti yaxşılığa doğru dəyişir. Artıq bir neçə gündür o, fərdi məşqlərə başlayıb. Qısa müddətdə onun yaşıl meydanlara çıxması gözlənilir.
Qeyd edək ki, 32 yaşlı Əli Qurbani zədə səbəbindən Türkiyədə baş tutmuş 2 yoxlama matçında iştirak etməyib.