Sərbəst güləşçimiz birinci olub. Sumqayıt24 bu haqda 25 aprel tarixində xəbər verir.
U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşiblər. Yarışın ikinci günündə 5 çəki üzrə 200 idmançı qüvvəsini sınayıb. Sumqayıt güləş məktəbinin yetirməsi Hacıhüseyn Əhmədzadə (48 kq) bütün rəqiblərini yenərək qızıl medalı qazanıb.
Qeyd edək ki, çempionat FHN İdman-Sağlamlıq Klubunda təşkil olunub.