“Sumqayıt” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Məlumata görə, komanda son mövsümü “Şamaxı”da keçirmiş Kamran Quliyevlə anlaşıb. 23 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qəbələ” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarında oynayıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.