Futbolçularımız "International Maxwell Cup" beynəlxalq turnirinin çempionu olublar. Sumqayıt24 bu haqda 26 iyun tarixində xəbər verir.
Yarış Türkiyənin Yalova şəhərində keçirilib. "Sumqayıt" klubunun U-14 komandası yarımfinalda "Poyrazköy Spor"u 3:0 hesabı ilə məğlub edib.
Zahir Əsgərzadənin yetirmələri həlledici oyunda "Magfa" SK ilə qarşılaşıb. Komandamız matçın ikinci yarısında Əli Cəlilzadənin dublu ilə 2:0 hesablı qələbə qazanaraq kuboka yiyələnib.
Bundan başqa, 11 yaşlılarımız 3-cü yer uğrunda mübarizədə "Gölcük Karadeniz" kollektivi ilə üz-üzə gəliblər. Elşad Eyvazovun yetirmələri Cavanşir Yusiflinin het-triki və İmran Seyidbalayevin qolu ilə 4:0 hesablı qələbəyə seviniblər. Futbolçumuz İmran Seyidbalayev isə yarışın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.