“Sumqayıt” futbol klubunun iki üzvü milliyə dəvət alıb. Bu haqda klubun rəsmi İnstagram səhifəsinə istinadən xəbər veririk.
Belarusiyanın paytaxtı Minskdə 3 və 14 fevral tarixlərində keçiriləcək beynəlxalq turnirdə millimizin heyətində Xəyal Fərzullayev və Nihad Əhmədzadə də olacaq.
Qeyd edək ki, turnirdə 18 yaşadək futbolçulardan ibarət komandalar iştirak edəcək.