Cüdo idman növü üzrə Sumqayıt Olimpiya İdman Kompleksinin “Zəfər kuboku” adlı açıq birinciliyi keçirilib. Bu haqda 1 iyul tarixində Sumqayıt24 xəbər verir.
Turnirin keçirilməsində məqsəd cüdo idman növünün təbliği və inkişafı, sağlam həyat tərzinə çağırış, idmançıların yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi və asudə vaxtın səmərəli təşkilidir.
Qalib və mükafatçılar diplom, medal və kubokla təltif ediliblər.