"Sumqayıt" – "Qarabağ" matçına biletlər artıq satışdadır. Sumqayıt24 bu haqda 22 aprel tarixində xəbər verir.
Biletləri iTicket.az, 1 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzi və Mehdi Hüseynzadə adına stadionun kassasından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2, 3, 5 və 10 manat təşkil edir.
Qeyd edək ki, komandalar Premyer Liqanın 32-ci turu çərçivəsində qarşılaşacaqlar. Matç 28 aprel saat 20:00-da başlayacaq.