Azərbaycan Premyer Liqasında 32-ci turun hakim təyinatları açıqlanıb. Sumqayıt24 bu haqda 27 aprel tarixində xəbər verir.
“Sumqayıt” – “Qarabağ” matçını Rauf Cabarov idarə edəcək. Hakim təyinatları aşağıdakı kimidir:
- Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov;
- Rəhim Həsənov (hakim-inspektor);
- Eldəniz Musayev (AFFA nümayəndəsi).
Xatırladaq ki, oyun 28 aprel saat 20:00-da Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.