“Sumqayıt” futbol klubunun Premyer liqadakı növbəti oyununu idarə edəcək hakimlərin adları məlum olub. Sumqayıt24 bu haqda bu gün, 14 aprel tarixində AFFA-nın saytına istinadən xəbər verir.
Komandamız 23-cü turda “Qəbələ” klubu ilə qarşılaşacaq. Matç Qəbələ şəhər stadionunda 15 aprel saat 17:00-da başyalacaq. Oyun aşağıda qeyd olunan hakim briqadasına həvalə olunub:
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Mübariz Hüseynov.