“Sumqayıt” futbol klubu oyun öncəsi itki ilə üzləşib. Bu haqda 22 yanvar tarixində Sumqayıt24 İdmanxeber.az-a istinadən məlumat verir.
Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sumqayıt” səfərdə “Qəbələ” ilə qarşılşacaq.
“Kimyaçılar”ın heyətində Kristian Velinovski, Vüqar Mustafayev və Oktavio Manteka komandaya kömək edə bilməyəcəklər.
Zədəli olan Səbuhi Abdullazadənin durumu isə qeyri-müəyyəndir. Futbolçunun oynayıb-oynamayacağı oyun öncəsi bəlli olacaq.
Qeyd edək ki, görüş sabah saat 16:30-da Qəbələ Şəhər Stadionunda baş tutacaq.