“Sumqayıt” turnir cədvəlində irəliləyib. Sumqayıt24 bu haqda 24 yanvar tarixində xəbər verir.
Premyer Liqanın 19-cu turunda klubumuz “Qəbələ”nin qonağı olub. Görüşün taleyini 1 qol həll edib. “Sumqayıt”ın çadlı hücumçusu Kasimir Ninqa 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Xallarını 30-a yüksəldən təmsilçimiz 2-ci pillədəki “Zirə”yə çatıb.