“Sumqayıt” klubu cəzalandırılıb. Sumqayıt24 bu haqda 26 yanvar tarixində xəbər verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib. Premyer Liqanın 19-cu turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub. Qəbələ səfərində “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat ödəməli olacaq.