“Sumqayıt” – “Zirə” qarşılaşmaları zəif məhsuldarlıqla seçilir. Sumqayıt24 bu haqda 15 aprel tarixində xəbər verir.
Futbol üzrə Premyer Liqanın 30-cu turunda da komandalar qolsuz bərabərliklə ayrılıblar. Bu hesab mövsüm ərzində 3-cü dəfə təkrarlanır.
Rəqiblərin son 4 duelində cəmi 1 qol vurulub. Ölkə çempionatları tarixində bu, 2-ci hadisədir ki, dörd dəfə üz-üzə gələn komandaların qarşılaşmalarında bir qol vurulur.