Futbol üzrə milli komandamızın Sumqayıtda keçiriləcək oyununa hakimlər təyin olunub. Sumqayıt24 bu haqda bu gün, 23 mart tarixində Sportinfo.az-a istinadən xəbər verir.
Belə ki, U-21 Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Estoniya ilə qarşılaşacaq. Görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə olunub.
Matçın referisi Devid Munro, yan xətt hakimləri Şon Karr və Duqlas Potter olacaq. Dördüncü hakim funksiyasını isə Qrant İrvin yerinə yetirəcək.
Qeyd edək ki, oyun 25 mart saat 19:00-da "Kapital Bank Arena"da baş tutacaq.