Sumqayıtda şahmat məsələlərinin həlli üzrə 42-ci Azərbaycan çempionatı keçirilib. Sumqayıt24 bu haqda 29 iyun tarixində Fed.az-a istinadən xəbər verir.
Şahmat Məktəbində baş tutan çempionat Beynəlxaq Şahmat Bəstəçiliyi Federasiyası Dünya kubokunun bir mərhələsidir. Burada 33 şahmatçı mübarizə aparıb. Qaliblərə kubok, pul mükafatları, medallar, fəxri fərmanlar və “OBA” marketlər şəbəkəsinin hədiyyələri təqdim olunub.
Həlletmə komandası 2-9 sentyabrda Gürcüstanın Batumi şəhərində keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.