Sumqayıt Paralimpiya Komitəsində VII Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi baş tutub. Bu haqda 25 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev çıxış ediblər.
Paracüdo idman növü üzrə Sumqayıt Olimpiya İdman Kompleksinin məşqçisi Elnur Aslanovun tələbələri uğurlu nəticə göstəriblər: