“Sumqayıt” futbol klubunun idmançıları milli komandalara dəvət alıblar. Bu haqda 14 mart tarixində Sumqayıt24 xəbər verir.
“Gənclik şəhəri” təmsilçisinin müdafiəçisi İsa Suliman Pakistan millisinə, hücumçu Kasimir Ninqa Çad millisinə, yarımmüdafiəçi Tresor Mossi isə Burundi millisinə çağırılıblar.