“Sumqayıt” futbol klubunun yarımmüdafiəçisi legioner həyatı yaşayacaq. Bu haqda 1 iyul tarixində Sumqayıt24 Sportinfo.az-a istinadən məlumat verir.
"Kimyaçılar"la 1 illik müqaviləsi olmasına baxmayaraq, Vüsal İsgəndərli yeni mövsümdə ölkəmizi Albaniyada təmsil edəcək.
27 yaşlı oyunçu "Egnatia" klubu ilə anlaşıb. Klub son mövsümü üçüncü pillədə bitirib və ölkə kubokuna sahib olub.