“Sumqayıt”ın baş məşqçisi “Barselona”nın çalışdırıcısı Xavi ilə görüşüb. Sumqayıt24 bu haqda 29 aprel tarixində xəbər verir.
Samir Abasov əsas komandanın məşqini izləyib, Xavi Ernandesdən klubunun hazırlıq proqramı ilə maraqlanıb. Mütəxəssislər müxtəlif mövzularda fikir mübadiləsi aparıb, 2009-cu ildə keçirilən Azərbaycan – İspaniya yoldaşlıq matçını xatırlayıblar.
Görüşdə “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste Abel də iştirak edib.