“Sumqayıt”ın gənc futbolçuları beynəlxalq turnirdə çıxış ediblər. Sumqayıt24 bu haqda 11 iyun tarixində xəbər verir.
U-19 millimiz Moldovada keçirilən yarışda 4 xalla 2-ci yer tutub. Gənclərimiz Qazaxıstan üzərində 2:0 hesablı qələbə qazanıb, Moldova ilə 1:1 hesablı heç-heçə edib, Türkiyəyə isə 0:5 hesabı ilə məğlub olublar.
Yığmanın heyətində "Sumqayıt"ın 7 futbolçusu – Murad Ağamalıyev, Kənan Feyziyev, Nadir Orucov, Vüsal Paşayev, Sənan Muradlı, Toğrul Tapdıqlı və Nihad Əhmədzadə yer alıblar. Millimizin vurduğu 3 qoldan 2-si Nihad Əhmədzadənin aktivindədir.