Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin idmançılarının uğurları davam edir. Bu haqda məlumat məktəbin Facebook səhifəsində bu gün, 3 mart tarixində paylaşılıb.
Yunan-Roma güləşi üzrə 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında yarış Şirvan şəhərində keçirilib. Elvin İbadov (55 kq) 1-ci, Nihad İsmayılzadə (45 kq), Xalid Ələsgərov (48 kq), Rəvan Hacıyev (51 kq) və Səid Nəsirov (71 kq) 2-ci, Ayxan Ələkbərov (45 kq), Səid Xəlilov (51 kq), Rinat Nuriyev (65 kq), Elnur Hüseynov (71 kq) və Rəcəb Şirinov (80 kq) isə 3-cü yerə layiq görülüblər.
İdmançıları yarışa Sədi Quliyev, Elnur İsmayılov, Cahid Nəcəfov, Qadir Süleymanov və Tahir Əliyev hazırlayıblar.