İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri keçirilib. Sumqayıt24 bu haqda 17 aprel tarixində xəbər verir.
Kanadada baş tutan yarışa sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov da qatılıb. Qrosmeyster blitsdə olduğu kimi, rapid turnirində də qalib olub.
Qeyd edək ki, Şəhriyar Torontoda təmsilçimiz Nicat Abasovun sekundant-məşqçisidir.