Sumqayıtda Taekvondo Federasiyasının vitse-prezidenti ilə görüş keçirilib. Bu haqda DünyaTV məlumat yayıb.
Tədbir “Çempionumuz” layihəsi çərçivəsində, 1 nömrəli məktəbdə təşkil olunub. Burada, taekvondo üzrə Dünya və Avropa çempionu Niyaməddin Paşayev şagirdllərlə görüşüb.
Tədbir zamanı Paşayev, həmçinin şəhər üzrə Gənclər və İdmanın baş İdarəsinin rəisi Elgün Hümbətov çıxış edib, görüşün məqsədi və əhəmiyyəti haqda öz fikirlərini bildiriblər. Sonda isə, şagirdləri maraqlandıran suallar cavablandırılıb.