“Tata Steel Masters” şahmat superturnirinin 3-cü turunda sumqayıtlı qrossmeyster niderlandlı şahmatçı ilə qarşılaşıb. Bu haqda turnirin rəsmi saytına istinadən xəbər veririk.
Bu oyunda Şəhriyar Məmmədyarov qara, rəqibi Aniş Giri isə, müvafiq olaraq, ağ fiqurlarla mübarizə aparıb. Çətin keçən qarşılaşmanın 21-ci gedişində idmançılar heç-heçəyə razılaşıblar.
Qeyd edək ki, şahmatçımız ötən iki turu da heç-heçə ilə baş vurub.
Yarış Niderlandın Veyk-an-Zee şəhərində təşkil olunub.