ABŞ-yə köçən şahmatçımız burada turnirin qalibi olub. Sumqayıt24 bu haqda 10 iyun tarixində xəbər verir.
Sumqayıtlı qrosmeyster Vasif Durarbəyli "Las Vegas International" yarışına qatılıb. Məlumata görə, 32 yaşlı Vasif 9 oyunda 7,5 xal toplamaqla birinci olub.
Şahmatçı sosial şəbəkə paylaşımında bildirib:
“Ötən il birinciliyi bölüşmüşdüm, amma oyun keyfiyyəti qane etməmişdi. Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi”.