Sumqayıtlı tennisçilər Azərbaycan stolüstü tennis çempionatının qalibləri arasındandır. Bu haqda Sumqayıt24 Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir.
Məlumata əsasən, yekun nəticələrə görə, komanda yarışında qadınlar arasında “Sumqayıt-2” 1-ci, “Sumqayıt-1” 2-ci, kişilərin yarışında isə “Sumqayıt-1” 3-cü yerləri tutublar.
Dörd gün davam edən yarışda Sumqayıtla yanaşı Bakı, Şəki, Qax, Qobustan, Qəbələ, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan tennisçilər də iştirak edib.