Sumqayıt şəhər Taekvondo Mərkəzində görüş keçirilib. Bu haqda 2 mart tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Görüş 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunub. Burada gənclər arasında taekvondo idman növü üzrə Azərbaycan kubokunda komanda hesabında 1-ci yerə layiq görülmüş idmançı və məşqçilər iştirak ediblər.