Sumqayıtda pinq-ponq yarışı olacaq. Sumqayıt24 bu haqda 3 aprel tarixində xəbər verir.
Birinciliyi “Yuxu” antikafesi keçirəcək. İştirak üçün qeydiyyat tələb olunmur. Stolüstü tennis həvəskarları 7 aprel saat 19:00-da məkana gələrək mübarizəyə qoşula bilərlər. Qaliblər mükafatlandırılacaqlar.
Antikafeyə giriş 5 manat təşkil edir (çay, şirniyyat və 50+ masaüstü oyunlar daxil). Obyekt Novxanı, C. Məmmədquluzadə küçəsi, 30-da yerləşir. Əlaqə nömrəsi: (051) 577-72-28.