“Sumqayıt” – “Fehervar” matçının tarixi dəyişdirilib. Sumqayıt24 bu haqda 24 iyun tarixində xəbər verir.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu avqustun 1-nə təyin olunmuşdu. Lakin UEFA tarixdə dəyişklik edib və Macarıstandakı oyunu iyulun 31-nə keçirib.
Qeyd edək ki, cütün ilk oyunu 25 iyul tarixində Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.