16 yaşadək voleyolçu qızlar arasında Azərbaycan birinciliyinin qrup mərhələsi keçirilib. Bu haqda 13 mart tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub. Sumqayıt Regional Voleybol Klubunun idmançıları 7 qələbə qazanaraq 19 xal toplayıb və 1/4 final mərhələsində iştirak etmək hüququ qazanıblar.